Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyası öz binasının, digər tikililərin cari təmiri və genofond-kolleksiya bağının bərpası işlərinin satın alınması məqsədilə 

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasında mövcud olan bina və digər tikililərin cari təmirinin satın alınması.
Lot -2 .Genofond – kolleksiya bağının bərpasının satın alınması.
• Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı hər bir lot üçün 100 manatdır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Bank-Dövlət Xəzinədarlıq Agentliyi
Kod-210005
VÖEN-1401555071
M/h- AZ41NABZ 01360100000000003944
S.W.İ.F.T- CTREAZ22
Hh- AZ20CTRE 00000000000002187402
VÖEN- 1200119871
Büdcə səviyyəsinin kodu - 7
Büdcə təsnifatının kodu - 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır. 
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə dair sənədləri 26 sentyabr 2019-cu il saat 18.00-a qədər, tender təklifi ilə bank təminatı sənədlərini isə 3 oktyabr 2019-cu il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 4 oktyabr 2019-cu il saat 15.00-da açılacaqdır. İddiaçılar təklif zərflərinin açılışının nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD: tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
E-şərtlər toplusunu 26 avqust 2019-cu il saat 15.00-dan sonra əldə etmək olar.

 

24 2019 12:53 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə