Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndoneziyada bərədə yanğın baş verib

İndoneziyada bərədə yanğın baş verib

İndoneziyanın Yava adası sahillərində bərədə yanğın baş verib.

Sinxua agentliyi təbii fəlakətlərin nəticələrinin ləğvi agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub, 54 sərnişin itkin düşüb.

Qeyd olunur ki, Surabaya şəhərindən Balikpapana doğru hərəkət edən Santika Nusantara  bərəsində 277 sərnişin olub. Cümə axşamına keçən gecə gəmidə yanğın baş verib.

Onların böyük əksəriyyəti xilas edilib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Yanğının səbəbləri hələlik məlum deyil.

 

“Xalq qəzeti”

24 2019 10:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə