Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbələdə dağlıq ərazidə yanğının söndürülməsinə 2 helikopter və təyyarə cəlb edilib

Qəbələdə dağlıq ərazidə yanğının söndürülməsinə 2 helikopter və təyyarə cəlb edilib

Avqustun 23-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə əraziyə FHN-in aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları və Şimal-Qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunublar.

 

“Xalq qəzeti”

24 2019 10:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə