Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlər özünüməşğulluq proqramına cəlb olunub

Məcburi köçkünlər özünüməşğulluq proqramına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında  üstünlük verilən kateqoriyalardan biri də məcburi köçkünlərdir.

Cari ilin ötən dövründə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən məcburi köçkünlərdən artıq 750-dək şəxs özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olduğu nəzərə alınmaqla bu proqrama cəlb edilib. 

Onlar üçün kiçik biznesin qurulması və idarəedilməsi üzrə təlim kursları təşkil olunub. Biznes-planları müsbət dəyərləndirilən şəxslərə kiçik ailə təsərrüfatlarını qurmaq üçün artıq  aktivlər verilməsinə başlanıb.

Hazırda işsiz və işaxtaran şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir və bu işlər çərçivəsində ilin sonunadək proqrama cəlb olunacaq məcburi köçkünlərin sayı da artacaq.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 16:55 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə