Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəşad haqq dünyasındadır...

Rəşad haqq dünyasındadır...

Ötən ayın 24-də, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin "MiQ-29" uçağının pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin adı qəza anından bugünədək dillərdən düşmür. Adı kimi rəşadətli pilotumuzun əziz xatirəsi həmişə qəlbimizdə olacaq! İnşallah Tanrı qatında da yeri ucadır! 

Bir hərbçini itirmək yalnız onun ailə üzvləri üçün deyil, ən azı bir o qədər də dövlətimiz üçün ağır itkidir! Üstəlik, o hərbçi polkovnik-leytenantıdır! O hərbçi pilotdur! O hərbçi pro­fessional və vətənpərvər soydaşımızdır! Belə xüsusi məqamlarla ifadə olunan bir it­kinin dövlət üçün nə qədər ağır olduğunu başa düşmək, insandan fitri istedad tələb etmir. Belə bir itkinin kədərini bölüşüb azaltmaq əvəzinə, itki(lər)dən belə öz siyasi məqsədlərinə uyğun şəkildə yararlanmaq cəhdi... Əgər bir siyasi partiya, qurum və ya şəxs rəsmi məlumatı şübhə altına alır, həlak olan pilotun ağsaqqal ailə üzvünün çağırışını virtual daş-qalağa tutur, ekspertlər rəy verincə qeyri-ciddi sayır, vətəndaşın onların sözünə qarşı dediklərini trolluq hesab edirsə... bu dəftərə yazılası, hesaba-kitaba alınası iş olmur. Belə siyasi mübarizə aparmazlar! İctimai fikri belə "qidalanadırmazlar"! 

Rəsmi məlumat yayılıb – vətəndaş öz milli dövlətinin etibar etdiyi qurumun, şəxsin açıqladığı mövqeni qəbul etmirsə, buyursun, qəbul etməməyinin ciddi arqumentlərini ortaya qoysun. Rəsmi məlumatı şübhə altına alanlara bu mövzuda diqqətimi cəlb edən iki mövqeni çatdırmaq istərdim. (Mən bu günlərdə paytatxdan xeyli uzaqdayam, amma internet imkanı yaranınca, gündəmi izləməyə çalışıram. Və məhz bu iki mövqe (münsaibət), rəsmi açıqlamanı daha yaxşı şərh edir, deyə düşünürəm.) Əlbəttə, başqa şərhlər, açıqlamalar da olmamış deyil və dövlətçilik şüuru ilə uzlaşan bütün açıqlamaların müəlliflərinə dağlar qoynundan təmiz dağ havasında, ozan-aşıq havacatında, epos təfəkküründə alqışlar!

Ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram və politoloq Elçin Mirzəbəylinin mövzuya dair konsturiktiv fikirlərinə diqqət edək:

1) “Pilotun katapult anını gecikdirməsi ehtimalını ilk gündən irəli sürmüşdüm. Təcrübəli pilot üçün təyyarəni xilas etmək şərəf məsələsidir. Döyüş maşını uğrunda sonacan mübarizə aparmış zabit Rəşad Atakişiyevə Allahdan rəhmət diləyirəm. Qəzanın səbəbinə gəlincə, komisiyanın rəyini şübhə altına almaq üçün əsasım yoxdur. Quşlarla təyyarələrin toqquşması hadisələri nadir hal deyil.

...Uzağa getməyək, bir neçə gün əvvəl quşların mühərrikə düşməsindən “Ural Avialiniyaları” kampaniyasının təyyarəsi qəza halında qarğıdalı sahəsinə eniş etmişdir. Baxmayaraq ki, quş adi halda kiçik və yumşaq cisimdir, təyyarənin yüksək sürətinə görə bəzən pilotlara ciddi xəsarətlər yetirir. Keçən il analoji hadisə İsveç hərbi təyyarəsi ilə baş vermişdi. Pilot xəsarət alsa da, katapult edə bilmişdi. MN-nin komissiyasının rəyini kim nə niyyətlə şübhə altına alırsa, özü bilər. Ancaq ümumən yüksək sürətlə hərəkət edən təyyarəyə quşun çırpılmasına və bunun nəticəsində pilotun xəsarət almasına kinayə etmək sadəcə avamlıq və avaraçılıq deyil, aqressiv nadanlıqdır. Ola bilər ki, dünyaya çoxdan məlum olan faktları indi eşidirsiniz. İnsan (toplumu) bilmədiyi fikirlərə güləndə, özünü gülünc edir”...

2) “...Azərbaycan Müdafiə Nazirliyinin MİQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi barədə məlumatından dərhal sonra radikal düşərgənin bəzi siyasiləri yenə də müxtəlif fantastik iddialarını irəli sürdü. Həm də xüsusi həyasızlıqla... Hər zaman olduğu kimi dövlətin, xalqın maraqlarını nəzərə almadan, işğalçı ilə qarşı-qarşıya dayanan Sulahlı Qüvvələrimizə böhtan atmaqla...

...Belə hadisələr zamanı təkcə MİQ-29-lar deyil, bu təyyarələrdən daha modern pilotlu uçuş aparatları da qəzaya uğrayır.

...Bu ilin may ayında ABŞ-ın Yaponiyadakı İvakuni hərbi bazasından uçan F-35 qırıcı təyyarısi quş dəstəsilə toqquşaraq qəzaya uğrayıb.

İyun ayında Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus Jaguar qırıcı-bombardmançı təyyarəsi uçuşa başladıqdan bir neçə saniyə sonra quş dəstəsi ilə toqquşub.

Bu il ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarəsi Nyu-Meksikadakı Holloman poliqonunda eniş edərkən qartalla toqquşaraq ciddi zərər görüb.

Floridada ABŞ HHQ-nə məxsus bombardmançı təyyarənin quş dəstəsi ilə toqquşması nəticəsində isə üç təlim bombası yerə düşüb. Xoşbəxtlikdən hər biri 11 kq-dan ibarət təlim bombaları yaşayış olmayan ərazilərə düşdüyü üçün insan tələfatı və dağıntı olmayıb.

Bu il İsveçə məxsus Jas 39 Gripen qırıcısı ölkənin cənubunda keçirilən təlim zamanı quş dəstəsi ilə toqquşib, nəticədə pilot həlak olub.

Şübhəsiz, istənilən şəxsin də belə məlumatları əldə etmək imkanı var. Hər şey niyyətdən və düşüncədən asılıdır”.

Pilotumuzun ruhunu incidəcək hərəkətlərdən çəkinməliyik! Ən doğrusunu göydə Tanrı, yerdə dövlət bilir.

 

Əkbər QOŞALI,
Atatürk mərkəzinin şöbə müdiri

23 2019 16:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə