Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Braziliyada meşə yanğınları

Braziliyada meşə yanğınları

Braziliyada meşə yanğınları rekord həddə çatıb. Ötən illə müqayisədə meşə yanğınları 83 faiz artıb və demək olar ki, 2 milyon hektar sahəni əhatə edir.

Quraqlıq dövründə Braziliyada meşə yanğınları nadir hadisə deyil.  Sonuncu dəfə  Braziliyada ən güclü meşə yanğınları 2013-cü ildə olmuşdu.

Braziliya Prezidenti Jair Bolsonaru meşə yanğınlarını insan faktoru ilə əlaqələndirib. Onun sözlərinə görə, fermerlər meşələri yandırırlar ki, əkin sahələri genişlənsin.

Artıq tüstü qoxusu 12 milyon əhalisi olan San-Paulo şəhərinin 3 kilometrliyindən gəlir.

Alovu söndürmək üçün Braziliya  qonşu dövlətlərə müraciət edib. Çili, Argentina, Ekvador və s. dövlətlər  köməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Braziliyadakı tropik Amazon meşələri dünyada ən böyük meşə massividir və Yer kürəsindəki oksigenin 20 faizi bu meşənin payına düşür.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

23 2019 16:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə