Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Forumda qan donorluğunun inkişafı məsələləri müzakirə olunub

Forumda qan donorluğunun inkişafı məsələləri müzakirə olunub

Bakı Konqres Mərkəzində XIX Beynəlxalq Gənclər Forumunun açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bu tədbirin ölkəmizdə ilk dəfə olaraq keçirildiyini və humanist mövzuya həsr olunduğunu bildirib. Nazir müavini Azərbaycanda qan donorluğu sahəsində qəbul olunan qanunvericilik aktları, dövlət proqramları haqqında məlumat verib. O, ölkəmizdə qan donorluğu sahəsində əldə olunan nailiyyətlərdən danışıb.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanda gənclərin sağlamlığına xüsusi diqqət yetirildiyini, gənclərə dair qəbul olunan proqramlarda qan donorluğuna yer ayrıldığını diqqətə çatdırıblar. Onlar gənclər arasında belə aksiyaların keçirildiyini vurğulayıblar.

Tədbir məruzələrlə davam etdirilib.

Qeyd edək ki, avqustun 21-dən 25-dək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankı və "Qan Donorları Assosiasiyası" İctimai Birliyinin Birgə Təşkilatçılığı ilə gənclər üçün XIX Beynəlxalq Gənclər Forumu keçirilir. Forumun əsas məqsədi Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafına dəstək vermək, gəncləri bu humanist, xeyirxah işə həvəsləndirməkdir. Forumda 30-dan çox ölkədən nümayəndələr, o cümlədən Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının, Beynəlxalq Gənclər Komitəsinin rəhbər şəxsləri iştirak edirlər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 14:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə