Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Termometrdəki ən qorxulu rəqəmin sirri

Termometrdəki ən qorxulu rəqəmin sirri

Sağlam insanın hərarəti normada 36-36,5 aralığında olmalıdır. Amma bəzi səbəblərdən 37-ə qalxa bilər. Əgər bu hərarət aradabir olursa, narahat olmağa dəyməz. Əgər qolaltı ölçmədə subfebril hərarət (37.2--37.5) 1 həftə və daha artıq müddət müşahidə olunusa, bu sizdə ciddi bir simptomların göstəricisi ola bilər.

Adətən həkimləri də bu rəqəmlər narahat edir. Çünki ən ağır onkoloji xəstəliklər, leykozda da bu rəqəm görülür. Amma dərhal belə diaqnozu da düşünmək olmaz. Çünki subfebril hərarət müxtəlif infeksiya, virus və daxili xəstəliklərdə, hormonal dəyişikliklərdə də yaranır.

37,5 subfebril hərarətin uzun müddətli yaranmasının səbəbləri bunlar ola bilər:

1. Qrip, respirator infeksiyalar.-- Ola bilər, virus elə də ciddi əlamətlər verməsin, boğazda, burunda axıntı olmasın, lakin subfebril hərarət olsun. Bu, orqanizmin virusla mübarizəsini göstərir. Belə olanda bu hərarət 3-4 gündən artıq olmur. 

2.Sidik yollarının infeksiyası.--Yanma, tez-tez sidiyə getmə, az sidik və ağrı sidik yolları, sidik kisəsi, hətta böyrəklərin infeksiyasının göstəricisi ola bilər.

3.Vərəm.-- Məhz bu hərarət zəiflik, tərləmə, arıqlama ilə özünü vərəmin başlanğıcında göstərir. 1 aydan artıq 37,5 qızdırma varsa, rentgenə gedin.

4.Dəmir defisitli anemiya.--Qanazlığı bədəndə termotənzimləyici sistemi də pozur. Ona görə yüngül istilik olur. Bunu təyin etmək üçün qan analizi verin. 

5.Gizli başlayan şiş, onkoloji xəstəlik.--Xərçəng növləri və gizli xroniki autoimmun xəstəliklər – qurd eşənəyi, skleroz, revmatoid artrit 37,5 hərarətlə başlaya bilər. Əlavə olaraq bütün bədəndə ağrı, sızıltı, tərləmə, arıqlama, zəiflik, gücsüzlük varsa, çox dəqiq müayinələrdən keçməlisiniz.

6.Tireotoksikoz.--Qalxanvari vəzin xəstəliyidir. Hormonlar normadan çox artır, nevroz, ürək döyünmə, istilik gəlir. Subfebril hərarət də səhər günorta axşam fərq etmədən tez-tez görülür. Bu zaman endokrinoloqa müraciət edin.

7.Hansısa xroniki infeksiya.--Boğazda, burunda, diş dibində belə vaxtında aşkarlanmayan infeksiya xronikləşdikdə, subfebril hərarət olur.

Göründüyü kimi, subfebril hərarət çox ciddi xəstəliklərdən xəbər verə bilər. Ona görə normal insan bir azca özünü narahat hiss edəndə, qrip olmasa belə termometrlə bədən hərarətini ölçməlidir. Əgər uşaqda və ya böyük insanda  37,5 hərarəti bir neçə həftədən artıq olarsa, o zaman təcili həkimə getmək lazımdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzetri”

23 2019 14:36 - SƏHİYYƏ
SƏHİYYƏ
9 Sentyabr 2019 | 15:44
Beynəlxalq Fizioterapiya Günü

Köhnə versiyamızdan xəbərləri izlə