Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək

Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək

Sentyabrın 2-dən 5-dək “Narimanfilm” kinostudiyası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi və “Pasha Holding” MMC-nin və bir çox digər təşkilatların sponsorluğu ilə “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalını keçirəcək.

300-ə qədər 13-17 yaşlı yeniyetmənin iştirak edəcəyi festivala 10-a yaxın xarici ölkədən gənclər dəvətlidir.

Festival ərəfəsində yeniyetmələr dünya kinematoqrafiyasının nümunələrinə baxaraq filmləri müzakirə edəcək və münsif kimi səs verərək qalibləri müəyyənləşdirəcək. Festival günlərində film nümayişləri ilə yanaşı, praktik məşğələlər, əyləncəli proqramlar və ekskursiyalar həyata keçiriləcək.

“Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalının əsas məqsədi gəncliyimizin milli-mənəvi və ümumdünya dəyərlərinə uyğun tərbiyə olunması, Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, vətənimizin mədəniyyətinin təbliği, həmçinin festivalın xarici iştirakçılarının vasitəçiliyi sayəsində dünya ölkələrində Azərbaycan haqqında müsbət ictimai fikrin formalaşmasına yardımçı olmaqdır.

Festivalın açılış mərasimi sentyabrın 2-də “CinemaPlus Amburan Mall”da baş tutacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 2019 14:20 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə