Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı musiqiçilərin iştirakı ilə “Don Karlos” operası oynanılacaq

Azərbaycanlı musiqiçilərin iştirakı ilə “Don Karlos” operası oynanılacaq

Oktyabrın 16-dan 20-dək Rusiya Dövlət Akademik Böyük Teatrında oktyabrın 16-dan 20-dək C.Verdinin "Don Karlos" operası nümayiş olunacaq.

Don Karlosun partiyasını Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor), Rodriqonun partiyasını Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.

2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin "İolanta" və "Qaratoxmaq qadın", N.A.Rimski-Korsakovun "Çar gəlini", J.Bizenin "Karmen", M.Musorqskinin "Boris Qodunov", C.Verdinin "Traviata", "Don Karlos", A.Borodinin "Knyaz İqor" operalarında yaddaqalan obrazlar yaradıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 2019 14:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə