Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UEFA reytinqi

UEFA reytinqi

Avropa Liqasının ilk pley-off görüşlərindən sonra Avropa Futbol Federasiyası, UEFA yeni reytinqini açıqlayıb.

22 avqust tarixində Avropa Liqasının ilk oyununda Şimali İrlandiyanın “Linfild” komandası ilə görüşdə təmsilçimiz “Qarabağ”ın rəqibinə 3-2 hesabı ilə məğlub olması ölkəmizi bu dəfə reyinq cədvəlində xalsız qoyub.

“Linfild”lə oyuna qədər hesabında 17.500 xalı olan ölkəmizin 26-cı sıradakı yeri də dəyişməz olaraq qalıb.

Reytinqdə Azərbaycanın ən yaxın izləyicisi Qazaxıstan, Astananın qələbəsindən sonra xallarını 18.750-yə yüksəldib. Bununla da Qazaxıstan Belarusu (18.625) da geridə qoyaraq 24-cü pilləyə adını yazdırıb.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

23 2019 14:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə