Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Radikal-dağıdıcı qüvvələrin məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir

Deputat: Radikal-dağıdıcı qüvvələrin məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir

MİQ-29 təyyarəsinin qəzaya uğrama səbəbləri ilə bağlı rəsmi mövqeyi şübhə altına almağa cəhd etmək Azərbaycanı sevməyən qüvvələrin işidir. Bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, bəzi qüvvələr bu hadisəni siyasiləşdirməyə çalışırlar: “Əlbəttə ki, pilotumuzun həlak olması bizi çox kədərləndirir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu cür hadisələr dünyanın hər yerində baş verir. Çox təəssüf ki, bizdə də belə hadisə yaşandı. Əfsuslar olsun ki, Azərbaycanı sevməyən qara qüvvələr, radikal müxalifət bu hadisəni siyasiləşdirməyə çalışır. Onların məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir".

Deputat vurğulayıb ki, qəzada həlak olan pilotumuzun yaxınları da onların bu hərəkətini qətiyyətlə pislədi: "Təbii ki, bu qüvvələrin məkirli məqsədi var - ölkədə hər hansı bir hadisə baş verirsə, çalışırlar ki, onu siyasiləşdirsinlər və Azərbaycan dövlətinə qarşı istifadə etsinlər, insanlarda çaşqınlıq yaratsınlar. Əslində, cəmiyət yaxşı başa düşür ki, təlim-məşq zamanı belə hadisələr baş verə bilər. Bu hadisəni siyasiləşdirmək istəyən qüvvələr isə bunu ölkədə sabitliyi, inkişafı gözü götürməyən dairələrin diqtəsi ilə edirlər. Əminəm ki, bu qüvvələr heç nəyə nail ola bilməyəcəklər”.

 

“Xalq qəzeti”

23 2019 11:31 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə