Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN mətbuat xidmətinin məlumatı

FHN mətbuat xidmətinin məlumatı

Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğın FHN-in qüvvələri tərəfindən söndürülüb.
* * *
Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub.
* * *
Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 64 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub. Yanğın FHN-in müvafiq qüvvələri tərəfindən saat 17:10-da söndürülüb.
* * *
Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

 

23 2019 11:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə