Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell” Lənkəranda

“Azercell” Lənkəranda

“Azercell”in “Rəqəmsal Dünya bölgələrdə” layihəsinin səfərləri uğurla davam edir. Naxçıvan şəhərində başlayan tədbirlər silsiləsi Şərur, Ordubad, Quba, Xaçmaz, Qusar, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Bərdə, Mingəçevir və Yevlax şəhərlərindən sonra Lənkəranda baş tutub. 
Yeddi mindən çox insanın qatıldığı tədbirdə şəhər sakinləri əyləncəli və intellektual oyunlarla yanaşı, virtual reallıq oyunlarında öz qüvvələrini sınamaq, hədiyyə qazanmaq, eləcə də “Azercell”in ən son trendlərə uyğun xidmətləri və məhsulları ilə tanış olmaq imkanı əldə ediblər. 
“Azercell” nümayəndələri uşaq nevroloji sanatoriyasından sonra Lənkəran şəhəri, O.Mirzəyev adına qarışıq tipli uşaq evini ziyarət edib, uşaqlara məktəb ləvazimatları və digər hədiyyələr təqdim olunub. Fəaliyyətləri boyunca on minlərlə insana tibbi yardım etmiş “Mobil Göz” və “Mobil Diş” klinikaları Lənkəranda uşaq evinə təşkil edilən səfərə qoşularaq, 40-a yaxın uşağı müayinədən keçirib. 
“Azercell”in bölgələrə səfəri davam edir. Şirkət nümayəndələri avqustun sonuna kimi ölkəmizin Qərb bölgəsində yerləşən Qazax, Tovuz, Şəmkir rayonlarında və Gəncə şəhərində olacaqlar.
 

“Xalq qəzeti”

 

23 2019 11:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə