Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

Azərbaycan multikulturalizminin təbliğinə aid müxtəlif mövzularda tədbirlərin təşkilinin satın alınması üçün 

AÇIQ TENDER ELAN EDİR

 

Tender 1 lot üzrə keçirilir.

Lot-1.Tədbirlərin təşkilinin satın ­alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, İstiqlaliyyət küçəsi 31 nömrəli (əlaqələndirici şəxs – Z.Əliyeva, telefon – 012 505 51 30) ünvandan ala bilərlər.
İştirak haqqı 50 manatdır. 
Adı – 8 saylı Xəzinədarlıq İdarəsi
VÖEN – 1401555911
H/h – AZ36TRE00000000000004968201
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
VÖEN –1402936421
Xəzinə hesab kitab nömrəsi – 007407/4968201
Bank – Dövlət Xəzinədarlığı Agentliyi
Kod – 210005
VÖEN – 1401555071
M/h – AZ41NABZ 01360100000000003944
S.W.I.F.T CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün yazılı müraciət;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə ­olmalıdır);
– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
–iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
–iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
 – digər sənədlər.
 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 sentyabr 2019-cu il saat 16.10-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 19 sentyabr 2019-cu il saat 12.00-a qədər Bakı şəhəri, İstiqlaliyyət küçəsi 31 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 20 sentyabr 2019-cu il saat 12.00-da Bakı şəhəri, İstiqlaliyyət küçəsi 31 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 

Tender komissiyası

 

23 2019 11:17 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Sentyabr 2019 | 10:29
Bildiriş
21 Sentyabr 2019 | 10:28
B i l d i r i ş
21 Sentyabr 2019 | 10:27
B İ L D İ R İ Ş
21 Sentyabr 2019 | 10:27
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə