Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sibirdə 20-dən çox aviareys təxirə salınıb

Sibirdə 20-dən çox aviareys təxirə salınıb

Güclü dumana görə Rusiyanın Qərbi Sibir və Ural vilayətlərində 20-dən çox aviareys təxirə salınıb.

RİA “Novosti”nin məlumatına görə, Qərbi Sibir Prokurorluğunun nümayəndəsi Oksana Qorbunova bildirib ki, dumanlı hava şəraitinə görə, Novosibirskdə 12 aviareys təxirə ­salınıb. Hava şəraiti düzələn kimi, reyslər bərpa olunacaq.
TASS-ın məlumatına görə, Moskvadan gələn sərnişin təyyarələri dumanlı havaya görə Tümendə və Kemerovada eniş edə bilmirlər.
“URA. RU”-nun məlumatına görə, Yekaterinburqda 5 aviareys təxirə salınıb.
“Baykal-24” portalının məlumatına görə, Moskvadan gələn təyyarələr Tomskda eniş edə bilmirlər. 

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

 

23 2019 10:47 -
31 Oktyabr 2019 | 16:59
Noyabr ayına olan hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə