Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərdoğan və Putin İdlib problemini müzakirə edəcəklər

Türkiyə Prezidentinin mətbuat katibi jurnalistlərin suallarını cavablandırıb

Ərdoğan və Putin İdlib problemini müzakirə edəcəklər

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir ­Putin Suriyanın İdlib şəhəri ətrafında yaranmış gərgin vəziyyəti yaxın günlər ərzində telefonla müzakirə edəcəklər. “Anadolu” agentliyi bu xəbəri Türkiyə Prezidentinin mətbuat  xidmətinin rəhbəri İbrahim Kalına istinadən yayıb.  

Qeyd edək ki, İ.Kalın dünən Ankarada geniş mətbuat konfransı keçirib. O deyib: “Biz öz mövqeyimizi (İdlibdəki hadisələrlə bağlı-red)  Rusiya tərəfinə çatdırmışıq. Qarşıdakı günlər ərzində bizim Prezident cənab Putinlə telefonla danışacaq”.
Kalın vurğulayıb ki, Türkiyə özünün İdlib ərazisindəki müşahidə məntəqələrinin yerlərini dəyişdirməyə hazırlaşmır. Onların ləğv olunması, yaxud başqa yerə köçürülməsindən söhbət gedə bilməz. Məntəqələrin hamısı öz fəaliyyətlərini hazırda yerləşdikləri ərazilərdə davam etdirəcək. 
Türkiyə hesab edir ki, Astanada Suriya üzrə əldə olunan razılaşma əsasında İdlibdəki deeskalasiya zonasında atəşkəs rejiminə əməl olunmalıdır.  Kalın bununla bağlı deyib: “Biz bir daha Əsəd rejimini və onu dəstəkləyən Rusiya Federasiyasını İdlibdə qanun pozuntularına son qoymağa çağırırıq”.  
Yeri gəlmişkən, bu il sentyabrın 16-da Ankarada R.T.Ərdoğanın sədrliyi ilə Türkiyə, Rusiya və İran prezidentlərinin sammiti keçiriləcək. 
İ.Kalın  qeyd edib ki, Türkiyə və ABŞ hərbçiləri Suriyanıın şimalında “təhlükəsizlik zonaları”nın yaradılması ilə bağlı öhdəliklərini yerinə yetirməyə hazırlaşırlar. Onun sözlərinə görə, tərəflər bu prosesin miqyası və idarəolunması üzrə “əsas çərçivələri” artıq müəyyən ediblər.
Yeri gəlmişkən, Türkiyə və ABŞ hərbçiləri Suriyada Fərat çayının şərqindəki ərazilərdə birgə patrul xidməti keçməyi planlaşdırırlar. Kalın bildirib ki, bu istiqamətdə ən yaxın günlərdə konkret əməli addımlar atılacaq. 
Bundan başqa, mətbuat xidmətinin rəhbəri Türkiyə və ABŞ prezidentləri arasında da  yaxın günlərdə telefon bağlantısının baş tutacağının anonsunu verib. 

 

M.HACIXANLI,
“Xalq qəzeti”

 

23 2019 10:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə