Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkirdə əhalinin sayı 220 min nəfərə yaxınlaşır

Daha dəqiq oktyabrda bilinəcək

Şəmkirdə əhalinin sayı 220 min nəfərə yaxınlaşır

Məlum olduğu kimi bu ilin oktyabr ayının 1-dən 10-na kimi əhalinin növbəti siyahıyaalınması keçiriləcək.

Şəmkirdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bununla əlaqədar rayonda aparılan hazırlıq işlərini idarə, müəssisə və təşkilat rəhbərləri ilə birgə müzakirə edib, ayrı-ayrı məsul şəxsləri dinləyib, müvafiq tapşırıqlarını verib.

Rayon rəhbəri qeyd edib ki, siyahıyaalma hər hansı bir ərazidə yaşayan əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu məlumatların vaxtaşırı toplanması, ümumiləşdirilməsi və təhlili prosesidir. Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir. Şəmkir rayonunda 1999-cu ildə keçirilmiş sonuncu siyahıyaalmadan sonra sakinlərimizin sayı xeyli artmışdır. Hazırda Şəmkir əhalisinin sayı 2019-c ilin iyun ayına olan tarixə 217 min 892 nəfərdir.

İcra hakimiyyətinin başçısı vurğulayıb ki, əhali artımı bu gün Şəmkirdə əldə olunmuş sosial-iqtisadi inkişafın uğurlu nəticəsidir.       Bildirilmişdir ki, təsdiq olunmuş iş planına əsasən Şəmkir rayonunda kənd və qəsəbələr üzrə sxemli plan və xəritələr hazırlanmış, evlərin, mənzillərin sayı və digər göstəricilər haqqında məlumatlar dəqiqləşdirilmişdir. Bu məlumatlar əsasında hər bir inzibati ərazi vahidi üzrə təşkilati planlar hazırlanmışdır.

Təşkilati plana əsasən Şəmkir şəhəri, kənd və qəsəbələr üzrə siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinin tərkibləri müəyyənləşdirilmişdir.

İclasda belə bir yekdil rəy ifadə olunmuşdur ki, əhalinin siyahıyaalınması üzrə həyata keçirilən hazırlıq işləri bu mühüm tədbirin Şəmkir rayonunda vaxtında, dolğun və mütəşəkkil keçirilməsinə imkan yaradacaqdır.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

22 2019 18:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə