Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yas mərasimini siyasi aksiyaya çevirməyə cəhd edənlərin hərəkəti əxlaq normalarna sığmır

Yas mərasimini siyasi aksiyaya çevirməyə cəhd edənlərin hərəkəti əxlaq normalarna sığmır

Son günlər bir sıra dağıdıcı müxalifət nümayəndələri yenidən fəallaşıblar. Onlar hətta bu il iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin ölümü hadisəsindən dövlətimizə və xalqımıza qarşı növbəti qarayaxma kampaniyası üçün istifadə etməyə çalışırlar.

Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

Lakin bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında (“qara qutu”sunda) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alır.

Görünən budur ki, dağıdıcı müxalifət nümayəndələri baş verən hadisədən siyasi şou yaratmağa cəhd edir, bununla özlərinə xal qazanmağa çalışırlar. Onlar hərbçilərin dəfn mərasimində müxalifətin iştirakının əngəlləndiyini bildirirlər və buna görə hakimiyyəti günahlandırırlar.

Onlar adi insani normalara əməl etmək istəmirlər. Anlamırlar ki, insanların yas mərasimini siyasi aksiyaya çevirmək, bundan siyasi məqsədlər üçün yararlanmaq nə dinimizə, nə də əxlaq normalarımıza uyğundur. Müxalifətin bütün məsələlərdən, hətta qəhrəman hərbçilərimizin dəfn mərasimindən yararlanmaq cəhdi insanlığa sığmayan hərəkət, vəfat edənin ruhuna hörmətsizlikdir.

Biz, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri,  ziyalılar bunu qətiyyətlə pisləyirik.

 

Esmira RƏHİMOVA,
“Ailələrə dəstək” İctimai Biriliyi İdarə Heyətinin sədri.

22 2019 18:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə