Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağac kəsən şəxs cəzalanıb

Ağac kəsən şəxs cəzalanıb

Tovuz rayonunda ağac kəsilməsi ilə bağlı daxil olan şikayət  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırma zamanı Tovuz şəhəri İstiqlal küçəsi 3 ünvanında 1 ədəd söyüd ağacının şəhər ərazisində aparılan abadlaşdırma və təmizlik işləri zamanı Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi Fazil Həsənov tərəfindən icazəsiz kəsildiyi məlum olub.

Ekologioya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,  faktla bağlı F.Həsənov barəsində protokol tərtib edilib və o 2360 manat məbləğində cərimə edilib. Eyni zamanda, kəsilmiş ağacın yerinə yeni ağacların əkilməsi üçün Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.  Ağacların əkilməsinə və onlara qulluq göstərilməsinə nəzarət olunacaq.

 

Qəzənfər QASIMOV,
”Xalq qəzeti”

22 2019 17:50 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə