Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birjalarda neftin qiyməti niyə aşağı düşür?!

Birjalarda neftin qiyməti niyə aşağı düşür?!

Dünya birjalarında “qara qızıl”ın qiyməti aşağı düşməyə başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,54 faiz ucuzlaşaraq bir bareli 60,42 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,70 faiz azalaraq bir bareli 55,35, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,45 faiz ucuzlaşaraq bir bareli 62,01 dollar olub.

Ekspertlər bildiriblər ki,əvvəllər ABŞ-da neft ehtiyatı artanda dünya bazarında “qara qızıl”ın qiyməti azalırdı. İndi isə dünya  qlobal iqtisadiyyatının həcminin azalması və dünya mərkəzi banklarının perespektivləri dünya bazarında “qara qızıl”ın qiymətinə təsir edir.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

22 2019 17:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə