Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 beynəlxalq sertifikatını alıb

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 beynəlxalq sertifikatını alıb

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında beynəlxalq audit başa çatmışdır və onun  ISO 15189:2012  “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahəyyətliliyə olan tələblər”  beynəlxalq keyfiyyət standartına uyğun olduğu təsdiq edilmişdir.

Laboratoriyanın sertifikatlaşdırılması üçün hazırlıq prosesinə cari ilin mart ayında start verilmişdi. Hazırlıq işlərinin aparılması üçün beynəlxalq sertifikasiya üzrə aparıcı şirkət olan  “Sublime Management Services LLC” dəvət olunmuşdu.

Akkreditasiyanın əsas məqsədi  laboratoriyada pasiyentlərə göstərilən tibbi xidmət zamanı keyfiyyətin beynəlxalq standartlara uyğun tətbiqini, tələb olunan şəraitin olmasını və müvafiq normativlərdən istifadə edilməsini təsdiq etməkdir.

Laboratoriyanın İSO 15189:2012 üzrə akkreditasiyası tibb sahəsində  yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və hər şeydən əvvəl, pasiyentlərin məmnunluğuna zəmanət verəcək.

Beləliklə, Mərkəzi Gömrük Hospitalının kliniki-diaqnostik laboratoriyasının akkreditasiyası onun səlahiyyətliliyini və keyfiyyətli tibbi xidmət təqdim etmək imkanlarını təsdiq edir. Bu zaman keyfiyyətli işin təşkili və daim yaxşılaşmağa yönəldilmiş idarəetmə sisteminin fəaliyyəti də tam təmin edilir. Bu məqsədlə daxili auditlər, işdə uyğunsuzluqların aşkarlanması və onlara nəzarət, xəbərdaredici tədbirlərin aparılması nəzərdə tutulub.

Mərkəzi Gömrük Hospitalının laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün 24 saat rejimində bütün zəruri resurslara malikdir.

 

Dilarə Zamanova,
Müdriyyət üzrə menecer

22 2019 16:49 - SƏHİYYƏ
SƏHİYYƏ
9 Sentyabr 2019 | 15:44
Beynəlxalq Fizioterapiya Günü

Köhnə versiyamızdan xəbərləri izlə