Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərdədə top mərmisi aşkar edilib

Bərdədə top mərmisi aşkar edilib

Bu gün Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və  Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Bərdə şəhəri, Heydər Əliyev prospekti 111 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan  verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bərdə rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həmin ərazidə söküntü işləri aparılan sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 37 mm-lik top mərmisi (OR-167N) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

22 2019 16:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə