Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat təyin edib

ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat təyin edib

ABŞ Dövlət Departamenti İŞİD-in üç liderinin tutulmasına kömək edəcək məlumatlara görə 5 milyon dollara qədər mükafat təyin edib.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir: “Dövlət Departamentinin Rewards for Justice (Ədalətə kömək üçün mükafat) proqramı "İslam Dövləti"nin üç əsas liderinin – Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Maul, Sami Casem Muhammad əl-Caburi və Muataz Nauman Abd Naef Casem əl-Caburinin tapılmasına kömək edə biləcək məlumatlar üçün 5 milyon dollara qədər mükafat nəzərdə tutur".

Rewards for Justice proqramı 1984-cü ildən reallaşdırılır. ABŞ Dövlət Departamenti 25 milyon dollarlıq ən böyük məbləği İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həbsinə və ya məhv edilməsinə kömək edəcək məlumat üçün ayırıb.

Vaşinqton, Pakistanda gizləndiyi ehtimal olunan Əl-Qaidə təşkilatının hazırkı lideri Ayman əl-Zavahirinin harada olduğu barədə məlumat verənlərə də eyni miqdarda mükafat təyin edib.

 

“Xalq qəzeti”

22 2019 15:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə