Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qətiyyətli mövqe nümayiş etdirməliyik

Qətiyyətli mövqe nümayiş etdirməliyik

Mən YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun “Facebook”da paylaşdığı statusla diqqətlə tanış oldum. Ə.Əhmədov haqlı olaraq bildirir ki, “beşinci kolon” roluna hazır olduğunu da lazımi ünvanlara çatdıran bəzi müxalifətçilərin əsas niyyəti Azərbaycanın davamlı inkişafı yolunda əngəl yaratmaq, insanların rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin müsbət təsirini azaltmaq, müstəqil Azərbaycanın imicinin üzərinə kölgə salmaqdan ibarətdir. Mən hörmətli Əli müəllimin mövqeyi ilə tamamilə razıyam. 

Məsələ burasındadır ki, müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində bəzi antimilli ünsürlərə siyasi sığınacaq verilir və onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı istifadə edilir. İş o yerə çatıb ki, “siyasi mühacir” statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyaların vəsiqəsinə sahib olmaq kifayətdir.
Hazırda internet televiziyaları vasitəsilə siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası aparılır. Həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. 
Faktiki olaraq  Azərbaycana qarşı geniş təbliğat şəbəkəsi yaradılır. Bu iş Azərbaycan müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir. Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələri ölkəmizə  qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə isə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməlidirlər.

Arif Məhidov,
 Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi–Tədqiqat İnstitutunun böyük elmi işçisi 

22 2019 12:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə