Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəyanət və satqınlıq

Ölkəmizə qarşı şər-böhtan yağdıran internet televiziyalardakı “soydaşlarımız”a ar olsun

Xəyanət və satqınlıq

Elə bil, hansısa bir qurum öz qarşısına məqsəd qoyub ki, beynəlxalq aləmdəki sabitliyi pozmaq, insanları qarşı-qarşıya qoymaq üçün dövri olaraq ortaya mütləq siyasi oyun atılmalıdır. Belə olmasaydı, müxtəlif ölkələri təmsil edən adamlar gah bu, gah da digər dövlətin daxili işlərinə qarışmaq üçün dəridən-qabıqdan çıxmazdılar. İndi də bu məqsədlə hansısa ölkələrdə seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bu məqsədlə sınaqdan çıxarılan variantlardan biri də internet televiziyalarıdır. 

Heç kəsin yadından çıxmayıb, son üç-dörd ildə bir-birini seçki proseslərinə müdaxilədə ittiham edən ölkələrin sayı durmadan artır. Beynəlxalq aləmdəki ekspertlər yazırlar ki, hansısa hədəf kimi seçilmiş ölkədəki müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan istifadə edilməsi gündəlikdən düşmür. 
Bu məsələyə münasibət bildirən YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun öz “Facebook” səhifəsində paylaşdığı statusda da həmin tezisə əhatəli şəkildə toxunulur: “Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil”.
Bildirilir ki, ölkəmizə qarşı şər-böhtan yağdıran həmin adamlara yuva qurduqları ölkədə lazımınca maliyyə dəstəyi edilir. Fakt kimi qeyd edilir ki, sözügedən TV sahiblərindən biri təkcə öz reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir. 
Çox təəssüf ki, bu xəyanətkar iş bizə qarşı Azərbaycan müxalifətinin bəzi satılmış təmsilçilərinin əli ilə həyata keçirilir.

Baba BABAYEV, 
filologiya elmləri doktoru

 

22 2019 12:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə