Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq

Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq

Rəşadın məğrurluğu, şücaəti bizə güvən verirdi ki, o sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı. Bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimindən sonra mərhumun həyat yoldaşı Könül Hüseynova jurnalistlərə açıqlamasında deyib.

O, dünyasını dəyişən həyat yoldaşının mərd, gözəl və vətənpərvər bir insan olduğunu söyləyib: “Mərd, vətənpərvər, gözəl insan idi, pak hisslərlə yaşayırdı. Onun iki gül balası da Rəşadın adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər”.
K.Hüseynova axtarış qrupuna da öz minnətdarlığını bildirib: “Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq. Hava şəraiti bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik”.
R.Atakişiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.

 “Xalq qəzeti”

 

22 2019 12:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə