Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Tramp “Apple” şirkətini Çini tərk etməyə çağırıb

Donald Tramp “Apple” şirkətini Çini tərk etməyə çağırıb

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp “Apple”  şirkətini Çindəki  istehsal müəssisəsini  bağlamağa çağırıb. Bu barədə BBC məlumat verib.
Bildirilir ki, Ağ ev rəhbəri bununla bağlı Amerika kompaniyalarına yardım vəd edib. ABŞ lideri Rumıniya Prezidenti Klaus Yohannislə Ağ evdə görüşü zamanı jurnalistlərə müsahibəsində deyib: “Mən “Apple” kimi Amerika kompaniyalarına qısa müddət ərzində yardım edə bilərəm. Onlar bu zaman ərzində Çindən çıxmalıdır. Çünki yardım çox az davam edəcək. Əgər mən onlara yardım etməsəm, böyük problemlərlə üzləşə bilərlər”.
Qeyd edək ki, Ağ ev rəhbərinin versiyasına görə, Çin xarici kompaniyaların öz istehsalatlarını bu ölkədən ABŞ-ın gömrük rüsumu tətbiq etmədiyi dövlətlərə köçürməsi səbəbindən son 18 ayda 2 milyard dollar itirib.
“The Wall Street Journal” nəşrinin məlumatına əsasən, “Apple” kompaniyası “Mac Pro” kompüterlərinin istehsalı barədə Tayvanda yerləşən “Quanta Computer” podratçısı ilə müqavilə imzalayıb. Bununla yanaşı, Yaponiyanın “Nikkei” qəzeti Amerika korporasiyasının Vaşinqton və Pekin arasında ticarət mübahisələri səbəbindən öz istehsalat gücünün 15-30 faizini Çindən digər ölkələrə köçürülməsi variantını nəzərdən keçirdiyini yazır.

 

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

22 2019 12:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə