Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yovşan orqanizmin qoruyucusudur

Yovşan orqanizmin qoruyucusudur

Acı yovşan bitkisi orqanizmi çürüdən, iltihab yaradan infeksiyaları öldürür, bir çox sinir xəstəlikləri, qurd, yuxusuzluq, maddələr mübadiləsi pozğunluğunu sağaldır. Bu bitki qədimdən ən ağır xəstələrin qısa müddətdə ayağa qalxmasına yardım edən dərman otu kimi tanınıb.

Yovşanla müalicə həzm, bağırsaq, cinsi və uroloji xəstəliklərdən xilas edə bilər. 

Yovşan: ginekoloji iltihabi, prostatit, dəri xəstəliyi, qaraciyər, mədəaltı vəzi, böyrəklər üçün əvəzsizdir.

Evində it, pişik saxlayanlar mütləq ildə 1 dəfə 100 qr yovşanla müalicə olunmalıdır ki, heyvandan keçən infeksiya və qurdlardan xilas ola bilsin.

Bir kurs müalicə üçün 100 qr quru yovşan kifayətdir. 

İstifadə üçün quru otu nanə kimi ovuclarınızın arasında əzib ovursuz. Ovuntu olan narın hissə elə quru halda birbaşa udmaq üçündür. Ovcunuzda qalan iri hissələr isə məhlul, dəmləmə, cövhər hazırlamağa yararlıdır.

Acı yovşan orqanizmdə xlamida, troxomonos, herpes, kandida, lyamblyanı yox edir. 

Qəbul etmə müddəti 7 gündür. İlk 3 gün, hər 3 saatdan bir bir çimdik quru ovulmuş yovşanı ağzınıza qoyub, ağız suyu ilə isladıb udursuz, üstündən 1 stəkan su içirsiz. Yalnız bu halda bitki bağırsaqlara gedib çatır. 

Növbəti günlər gündə 5-6 dəfə fasilələrlə eyni qaydada qəbul edirsiz. 

Gecə yatanda qəbul olunmur.

Bu 7 gün ərzində şirniyyat, yağlı, ət yeməyi olmaz. Alqokol da yol verilmir. 

Müalicə zamanı ilk günlərdə ürəkbulanma, zəiflik, güclü əsəb, titrəmə ola bilər. Bu gizli qalmış virus və infeksiyaların üzə çıxmasıdır. Bir müddət oynaqlarınızda da ağrılar olar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2019 11:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə