Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid Təbriz Musazadəyə həsr olunmuş anım tədbiri

Şəhid Təbriz Musazadəyə həsr olunmuş anım tədbiri

Müdafiə Nazirliyinin Mədəniyyət Mərkəzi və "Şəhid övladları və kimsəsiz uşaqlara yardım" İB-nin təskilatçılığı ilə şəhid pilot, mayor Təbriz Musazadəyə həsr olunmus tədbirdə şəhid anaları, qazilər, Milli Məclisin deputatları, T.Musazadənin ailə üzvləri, iş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Milli Məclisin deputatı Qənirə Paşayeva şəhidin valideynlərinə “nə qədər ki, Azərbaycan xalqı var, qəhrəman şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaqdır və belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik”– deyib. O, vurğulayıb ki, Təbriz Musazadənin ömür yolu bugünki gənclərə əsl örnəkdir. Buna görə də televiziyaları qəhrəman şəhidlərimiz haqqında hazırlanan filmlərin  tez-tez nümayişinə diqqət göstərməyə çağırıb. “Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün Təbriz Musazadə kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq”– deyib, qəhrəman şəhidlərimiz haqqında çəkilən bu cür filmlərin orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş olunmasının vacibliyini qeyd edib. “Şəhidimiz ailəsi qarşısında da baş əyirik”– deyən Q.Paşayeva “dövlətimiz və xalqımız hər zaman yanınızdadır”– deyib.

Ali Baş Komandanımız, cənab Prezident İ. Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib. Çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələri Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik. Q. Paşayeva  “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”– deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın “şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır“ – çağırışını xatırladan Q.Paşayeva “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz” – deyib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2019 11:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə