Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daşkənd telemərkəzində yanğın

Daşkənd  telemərkəzində yanğın

Özbəkistanın paytaxtı Daşkəndin Milli Teleradio Şirkətinin ərazisində yanğın baş verib. “Uz News”in məlumatına görə, yanğın gecə 1:54-də başlayıb. Yanğınsöndürənlər 6 dəqiqədən sonra hadisə yerində olublar. Yanğın 400 kvadratmetr sahəni əhatə edib. Telemərkəzin yeməkxanası,damı və köməkçi avadanlıqlar yanıb. Yanğını söndürmək üçün 12 ədəd texnika cəlb edilib.

Yanğın söndürülüb. Xəsarət alan olmayıb. Hazırda dəymiş ziyanın məbləğı hesablanır.

Yanğına səbəb isə qısa qapanma olub.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

21 2019 17:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə