Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İbrahim Cəfərov: 631,6 bal toplayan gənc bir qız aqrar universiteti seçirsə bu, birbaşa cənab Prezidentimizin xidmətidir...

İbrahim Cəfərov: 631,6 bal toplayan gənc bir qız aqrar universiteti seçirsə bu, birbaşa cənab Prezidentimizin xidmətidir...

Bir neçə gündür ki, ali məktəblərə qəbul olunan tələbələrin qeydiyyatı aparılır. Ölkəmizdə yeganə kənd təsərrüfatı mütəxəssisi hazırlayan Azərbaycan Dövlət Aqrar Universiteti də necə deyərlər, yeni tələbələri ilə tanış olur, onların problemləri ilə maraqlanır, ehtiyacı olanları yataqxana ilə təmin edir. Təqdirəlayiq haldır ki, tələbə biletləri də heç bir vəsait ödənilmədən, pulsuz verilir.

Maraqlı, həm də sevindirici faktlar ortaya çıxıb.Sən demə, Azərbaycanın ən gənc tələbəsi aqrar universitetdə təhsil alacaq. Bu, aqrobiznes və idarəetmə fakültəsinə daxil olan 15 yaşlı Selcan Qaraşovadır.Digər bir fakt 636,1 bal toplayaraq həmin faküktəyə daxil olan Rahilə Hüseynova ilə əlaqədardır. Çünki aqrar universitetin   tarixində hələ indiyədək heç kim bu qədər bal toplayıb həmin ali məktəbi seçməyib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov özünün Facebook səhifəsində yazır: «Əziz dostlar, bu gün Azərbaycan Dövlət Aqrar Universiteti yüksəliş dövrünü yaşayır, bu universitetin dünyanın qabaqcıl universitetlərindən birinə çevrilməsi üçün möhtərəm cənab Prezident dövlət səviyyəsində ən böyük dəstəyi verir, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi qoyulan hədəflərə çatmaq üçün mümkün olan hər şeyi edir.Əziz tələbə, hörmətli müəllim, siz də bu proseslərdə bizim yanımızdasınızmı? Bazar rəqabətli kadr hazırlığında sözünüzü demək istəyirsinizmi? Elə isə hamımıza bu müqəddəs işlərdə uğurlar!!!»

Telefon söhbəti zamanı professor İbrahim Cəfərov son illər gənclərin  yüksək bal toplayıb aqrar universiteti seçmələrini belə izah etdi:

-Azərbaycan Prezidenti cənab İlham Əliyevin Son 4-5 ildə iki dəfə bizim ali məktəbə gəlməsi, bir sıra korpusların təməlqoyma və açılış mərasimlərində iştirak etməsi onu göstərir ki, dövlət səviyyəsində aqrar universitetə necə böyük qayğı göstərilir.Bu gün universitetimiz dünyanın bir sıra qabaqcıl ali məktəbləri ilə bir sırada dayanır, hətta öz səviyyəsinə görə onların çoxunu geridə qoyur. Bütün buları cənab Prezidentimiz bizə bəxş edib. Bu cür şəraiti olan ali məktəbdə kim oxumaq istəməz ki? Əgər 631,6 bal toplayan gənc qız aqrar universiteti seçirsə bu, birbaşa cənab Prezidentimizin xidmətidir.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri
             

21 2019 17:10 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə