Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qarabağ hekayələri" kitabı Başqırdıstanda nəşr olunacaq

Milli Məclisin deputatı, AMEA-nın professoru Qənirə Paşayeva Rusiya Federasiyasının Başqırdıstan Respublikasının “Başqurdistan qızları” (“Башкортостан кызы”) jurnalının baş redaktrou, “Aqidel” (“Агидель”) jurnalının əməkdaşı, filologiya elmləri üzrə fəlsəfə doktoru, dövlət mükafatı laureatı, tanınmış yeni nəsil başqırd yazarı Gülnaz Kutuyeva ilə görüşüb.

Baş redaktoru Azərbaycanda görməkdən məmnun olduğunu bildirən deputat, yazarlar arasında sıx əlaqələrin,vətəndaş cəmiyyəti institutları arasında işbirliyinin ölkələrarası əlaqələrdə özünəməxsus önəm daşıdığını bildirib.

Qardaş ölkənin xanım baş redaktoruna Azərbaycan həqiqətlərindən, Ermənistanın elan olunmamış müharibəsinin acı nəticələrindən, Xocalı soyqırımından, qaçqın-məcburi köçkün qadınların, yazarların qayğılarından danışan Q. Paşayeva, bir neçə dildə yenidən nəşrə hazırlanan “Qarabağ hekayələri”nin başqırdcada nəşr olunması təklifini irəli sürüb.

Q.Paşayeva qonağa Azərbaycan mədəniyyətini əks etdirən kitablar, eləcə də, yeni Azərbaycan brendi olan ABAD-ın istehsalı olan, milli rəmzlərimizlə süslənmiş hədiyyə təqdim edib.

Maraqlı fikir mübadiləsi ortamında keçən görüşdən, ümumənAzərbaycana ilk səfərindən, azərbaycanlı qonaqpərvəliyindənçox məmnun qaldığını deyən başqırd baş redaktoru, bu ilk səfərinin əsas məqsədinin Naftalanda sanator müalicə kursu keçməklə bağlı osla da, Bakıda QHT və KİV təmsilçiləri ilə görüş fürsəti üçün, ona vaxt ayırdığı, diqqət göstərdiyi üçün deputata təşəkkür edib. G.Kutuyeva qarşılıqlı kitab nəşri ideyasının bir an öncə həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəciyini deyib. Q.Paşayevanın təklifi ilə Başqırdıstanın hərtərəfli tanıtım kitabının Bakıda və Qarabağ yaşantılarını əks etdirən hekayələr toplusunun Ufada nəşrinin yaxşı başlanğıc olacağını bildirib.

Sonra qonaq Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət edib, İçərişəhərlə, Ədəbiyyat Muzeyi ilə yaxından tanış olub.

Görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin rəhbəri Arzu Bağırova, fəal xanım Tehran Nağıyeva  və Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı da iştirak edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2019 15:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə