Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstraliyadan Hörmüz Boğazı koalisiyasına dəstək

Avstraliyadan Hörmüz Boğazı koalisiyasına dəstək

Avstraliya Baş naziri Skott Morisson, ABŞ və İngiltərənin rəhbərlik etdiyi Hörmüz Boğazında təhlükəsizliyin təmin edilməsi məqsədilə yaradılacaq koalisiya qüvvələrinə hava və dənizdən dəstək verəcəklərini bildirdi.

Paytaxt Kamberradakı Federal Parlamentdə, Müdafiə naziri Linda Reynolds və Baş Qərərgah rəisi Anqus Kempbellin iştirakı ilə təşkil edilmiş mətbuat toplantısında Baş nazir Skot Morisson, hökumətin Hörmüz Boğazı qərarını açıqladı.

Baş nazir Morisson, Avstraliyanın koalisiyaya havadan və dənizdən dəstək verməklə yanaşı, yanacaq tankerlərinin sərbəst hərəkətinin təşkilinin Avstraliyanın xeyirinə olacağını da bildirdi.

Bölgədəki nəqliyyat gecikmələrinin Avstraliya maraqlarına təhlükə yaratdığını vurğulayan Marisson: “Bu iqtisadiyyatımız üçün potensial bir təhdiddir” dedi.

Mətbuat toplantısında, Baş nazir Morisson ilə Müdafiə naziri Reynolds, Avstraliyanın Hörmüz Boğazındakı rolunun yalnız nəqliyyat yollarını qorumaqla məhdudlaşacağını və cəmi 200 əsgərin koalisiyaya qatqı təmin edəcəyini söylədi.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

21 2019 15:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə