Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 362 Bakı şəhəri, 19 avqust 2019-cu il

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin   2018-ci il 19 dekabr tarixli 548 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının 9.4.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 548 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2744; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 209 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “1. Büdcədən maliyyələşdirilən qurumlar” hissəsinə aşağıdakı məzmunda 1.49-1-ci bənd əlavə edilsin:
“1.49-1. Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi;”.

Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri

21 2019 12:43 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə