Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də fondun layihələri çərçivəsində  paytaxtdakı Talassemiya Mərkəzində, 1 saylı Şəhər Kliniki Xəstəxanasında, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə olunan uşaqlarla və onların valideynləri ilə görüşüb.

Daha sonra 1 saylı Şəhər Kliniki Xəstəxanasında müxtəlif şöbələrdə müalicə alan uşaqlara baş çəkildi, balacaların tezliklə sağalması arzuları ifadə olundu. Qeyd edildi ki, hazırda xəstəxananın uşaq-cərrahiyyə korpusunda 40-a yaxın uşaq müalicə alır. 
Tibb müəssisələrində müalicə olunan uşaqlarla növbəti görüş Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında baş tutdu. Uşaqların müalicəsinin gedişi ilə maraqlanan Leyla Əliyeva fondun səhiyyə və sosial sahələrlə bağlı məsələləri daim diqqətdə saxladığını bildirdi.
Balacalara, həmçinin müxtəlif hədiyyələr təqdim edildi.

AZƏRTAC

 

 

21 2019 12:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə