Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndoneziyada həbsxanadan 258 məhbus qaçıb

İndoneziyada həbsxanadan 258 məhbus qaçıb

İndoneziyanın Qərbi Papua əyalətində iğtişaşlar zamanı həbsxanadan 258 məhbus qaçıb. Bu barədə İslah Müəssisələri İdarəsi rəhbərinin mətbuat katibi Ade Kusmanto məlumat verib. 

Bölgədə davam edən etirazlar zamanı aksiya iştirakçıları avqustun 19-da yerli qanunvericilik şurasının binasını yandırdıqdan sonra Manokvari şəhərinin əsas küçələrini blokadya alaraq nəqliyyatın hərəkətni dayandırıblar. Etirazçılar daha sonra həbsxanaya yaxınlaşıblar.

Binaya daş atan etirazçılar məhbusların qaçması üçün şərait yaradıblar.

Hazırda 258 məhbusdan bəziləri saxlanılıb. Digərlərinin axtarışları davam edir. Hücum zamanı həbsxananın bir mühafizəçisi xəsarət alıb.

“The Jakarta Post” qəzeti yazır ki, iğtişaşların səbəbi indoneziyalılarla Papua və Qərbi Papuanın İndoneziyadan ayrılmasını tələb edən papuaslar arasında avqustun 18-də Yava adasında baş verən münaqişə olmuşdur.

 

 “Xalq qəzeti”

 

21 2019 11:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə