Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Narkomafiya qrupu zərərsizləşdirilib

Narkomafiya qrupu zərərsizləşdirilib

İranın cənubunda Hörmüzqan vilayətində narkotik maddələrin dövriyyəsi ilə məşğul olan silahlı mafiya qrupu zərərsizləşdirilib.

ranın Təhlükəsizlik Nazirliyinin məlumatına görə, mafiya qonşu ölkələrin birindən dəniz vasitəsilə gətirdiyi narkotik maddələrin böyük hissəsini İranda paylayır, qalanını isə tranzit edirmiş: “Bu mafiyanın maliyyə dövriyyəsi 10 trilyon rialdan (rəsmi məzənnə ilə 238 milyon dollar) çox olub”.
İranın Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyatda mafiyanın əsas üzvləri saxlanılıblar. Onların üzərində nağd pul, avtomobil, zinət əşyaları aşkarlanıb.
Məlumatda bildirilir ki, bu silahlı mafiyanın zərərsizləşdirilməsi ilə ildə onlarla ton narkotik maddənin İrana daxil olmasının qarşısı alınıb.

“Xalq qəzeti”

21 2019 11:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə