Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MİKRO, KİÇİK VƏ ORTA SAHİBKARLARIN NƏZƏRİNƏ!

MİKRO, KİÇİK VƏ ORTA SAHİBKARLARIN NƏZƏRİNƏ!
“AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI” ASC ELEKTRON SATINALMA  VASİTƏSİLƏ 
AÇIQ TENDER ELAN EDİR 
1. Füzuli rayonu ərazisində 1200 hektar əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsinin satın alınması.
2. Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlərin satın alınması.
3. Ağcabədi rayonu ərazisində 2500 hektar əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsinin  satın alınması. 
4. Ağcabədi rayonunda yaradılan aqroparkın 850 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsinin  satın alınması.
Obyektlərin tikintisi üzrə işlər (miqdarı, həcmi, xüsusiyyətləri, təqdim olunması vaxtı, yeri və s.) tenderin əsas  şərtlər toplusunda göstərilmişdir.  
Tender iştirakçılarına təklif edilir  ki, https://www.etender.gov.az/- dövlət satınalmalarının vahid internet Portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar  və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki, maliyyə imkanlarına və təcrübəyə malik olmalıdırlar.  
Tenderdə iştirak etmək istəyən təşkilatlar 1 və 2-ci obyektlər üçün 150 manat, 3-cü və 4-cü obyektlər üçün isə 200 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra müsabiqəyə tələb olunan sənədləri və təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.  
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı “ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti 
VÖEN - 1300300711  
H/h - AZ 10 IBAZ 380700194497 16100216       
“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı
M/h -Az03NABZ01350100000000002944
VÖEN - 9900001881  
SWIFT - IBAZAZ2Х (AZIPS-in üzvü)
İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak  üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iddiaçının vergi şəhadətnaməsinin və  nizamnaməsinin təsdiq edilmiş surəti;
-  iddiaçının bank rekvizitləri;
-  iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə müvafiq  vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
- analoji obyektlərin tikintisi üzrə iş təcrübəsi haqqında məlumat;
- işləri yerinə yetirmək üçün tələb olunan potensial imkanları və maşın-mexanizmləri haqqında məlumat;
- tikinti işlərini yerinə yetirməyə icazə verən lisenziya;  
- tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra ən azı 30 bank günüdür;
- tender təklifinin təminatı ümumi təklifin 1 faizi  həcmində  olmalıdır və zərflərin açıldığı gündən   sonra  ən azı 60 bank günü  müddətində qüvvədə olmalıdır;
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji obyektlərin tikintisində böyük təcrübəsi, maliyyə vəziyyəti, işlərin cədvələ uyğun təhvil verilməsi və bu sahə üzrə təcrübəli mütəxəssislərin olması.
İddiaçılar ixtisas uyğunluğu haqqında tələb olunan sənədləri 12 sentyabr 2019-cu il saat 17 .00-а qədər təqdim etməlidirlər.
İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumları nəzərə almaqla hesablamaladılar. 
İddiaçılar tender təkliflərini iki nüsxədən ibarət (əsli və surəti) ikiqat zərfdə  möhürlənib imzalanmış və  bağlı   şəkildə  19  sentyabr 2019-cu il saat 17.00-а qədər təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim  olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 20 sentyabr 2019-cu il saat 15.00-dа açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
Qeyd: tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
 
Tender komissiyası
21 2019 11:08 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
14 Sentyabr 2019 | 00:48
B İ L D İ R İ Ş
14 Sentyabr 2019 | 00:48
B İ L D İ R İ Ş
14 Sentyabr 2019 | 00:42
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə