Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Daha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların və şəhid polis əməkdaşlarının  vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. 

    Nazirliyikdə yaradılan komissiya daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib. Birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək.

    Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 11403 şəhidin 16949 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul olunub.

     Qeyd edək ki, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 93 faiz icra olunub.  

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

21 2019 10:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə