Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU-nun yay məktəbində imtahanın gedişi izlənib

ATU-nun yay məktəbində imtahanın gedişi izlənib

Azərbaycan Tibb Universitetinin (ATU) rəhbər şəxsləri yay məktəbində imtahanın gedişini izləyiblər.

   ATU-nun tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev, İmtahan Mərkəzinin icraçı direktoru Ülkər Cəfərova imtahan verən tələbələrlə söhbət edərək onların fikirlərini öyrəniblər.

    Qeyd edək ki, ATU-da yay semestri (yay məktəbi) iyulun 15-dən başlayıb və avqustun 16-da işini yekunlaşdırıb. Məktəbi bitirən tələbələr bu gün - avqustun 19-da, həmçinin 21 və 23-də imtahan verəcəklər.

    Yay məktəbinin təşkilində əsas məqsəd akademik borcları qalan tələbələrə bu borcları ləğv etmək imkanının yaradılmasıdır.

   Bu il yay məktəbi tələbələrin istəyi ilə 10-dan çox fənn üzrə keçirilib. Hər tələbəyə sualların cavablandırılması üçün 50 dəqiqə vaxt ayrılır.

    Ümumilikdə, bu il yay məktəbi üzrə 84 tələbə imtahan verəcək.

 

Z.BƏŞİRQIZI,
 “Xalq qəzeti”

 

21 2019 10:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə