Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabirabadda soğan yığımı başa çatıb

Sabirabadda soğan yığımı başa çatıb

Sabirabadda soğan yığımı yekunlaşıb. Məhsul istehsalçıları 382 hektar soğan sahəsinin məhsulunu toplayıblar.

Rayon Statistika İdarəsindən  bildiriblər ki, sabirabadlı əkinçilər erkən yazda 8794 hektar sahədə tərəvəz əkiblər. Bunun da 382 hektarını soğan bitkisi təşkil edir. Yığıma mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri sahələrdən 5 min 572,2 ton soğan toplayaraq məhsul yığımını başa çatdırıblar. Hər hektarın məhsuldarlığı 146 sentner olub.

Soğan əkini ilə ən çox rayonun Muğangəncə, Moranlı və Nizamikənd kəndlərinin əkinçiləri məşğul olur. Moranlı kənd sakini Müzəffər Qasımov bu mövsüm 2 hektar sahədə soğan becərib. Məhsul istehsalçısı artıq yığımı başa çatdırıb. “Becərdiyim soğan sahəsinin hər hektarından 147 sentner məhsul götürməklə 29 tondan çox soğan toplamışam. Artıq məhsulun çoxunu satmışam. Qazancım məni qane edir. Dövlətimizin biz əkinçilərə göstərdiyi hərtərəfli dəstəkdən yararlanaraq növbəti təsərrüfat ilində əkin sahəsini genişləndirərək 3 hektara çatdırmaq fikrindəyəm”, - deyə əkinçi bildirib.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

21 2019 10:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə