Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da iqtisadi geriləmə proqnozlaşdırılır

ABŞ-da iqtisadi geriləmə proqnozlaşdırılır

Amerikalı iqtisadçıların əksəriyyəti ­hesab edir ki, 2021-ci ildən gec olmayaraq, ABŞ-da iqtisadi geriləmə baş verəcək. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Mənbə yazır ki, bu fikir ABŞ-ın Biznes İqtisadiyyatı üzrə Milli Assosiasiyası tərəfindən 226 iqtisadçının iştirakı ilə aparılan sorğu nəticəsində formalaşıb. Yeri gəlmişkən, həmin sorğu əsasında hazırlanan hesabatda iqtisadçıların 34 faizi bəyan edib ki, 2021-ci ilədək ABŞ-da iqtisadi geriləmə baş verəcək. Qeyd etmək lazımdır ki, bu fikirlə cari ilin fevralında aparıcı ­iqtisadçıların yalnız 10 faizi razılaşmışdı.

Məlumat üçün deyək ki, ABŞ lideri Donald Tramp iqtisadçıların bu rəyi ilə razı deyil. O, ekspertlərin proqnozları barədə jurnalistlərin sualına cavabında deyib: “Mən heç bir iqtisadi geriləmə görmürəm”. Məlumdur ki, iqtisadiyyatın vəziyyəti Trampın təkrar seçilmə kampaniyasının əsas elementidir. Prezident və onun müşavirləri 2020-ci ilin noyabrınadək – 
Prezident seçkiləri keçirilənədək ABŞ-ın iqtisadi inkişafı üzrə mənfi proqnozları yaxın buraxmamaqdan ötrü hər cür səy göstərirlər.
Ağ evin ticarət üzrə müşaviri Piter Navarro bəyan edib ki, 2020-ci il ərzində ABŞ iqtisadiyyatı güclü olacaq. O qeyd edib ki, Prezident iqtisadi inkişafdan ötrü biznes dairələrinin nümayəndələri və həmkarlar komitələrinin liderləri ilə çox gözəl qarşılıqlı əlaqə yaradır.

 

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

 

21 2019 10:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə