Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda qızılaxtaranlar tarixi abidəni dağıdıb

Azərbaycanda qızılaxtaranlar tarixi abidəni dağıdıb

İsmayıllı rayonunun Sulut kəndinin ərazisində yerləşən tarixi abidə (Buzxana) dağıntılara məruz qalıb.

XIX əsrin əvvəllərində sonuncu Şamaxı xanı Mustafa xan tərəfindən (Fit dağı yaxınlığında) inşa edildiyi güman edilən tikili həmin dövrdə Xalqdan vergi kimi yığılan ərzaqların saxlanılması üçün istifadə edilib.

Lakin son vaxtlarda tarixi abidə kimi qeydiyyatda olan buzxana baxımsız vəziyyətdə qalıb. Yerli sakinlərin bildirdiyinə görə, abidənin dağıntılara məruz qalmasının əsas səbəblərindən biri də insanların qızıl tapmaq məqsədilə burada qazıntılar aparması olub.

 

 

 

 

 

 

 

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq  qəzeti”

 

 

21 2019 10:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə