Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çin ABŞ-ın raket sınağından narahatdır

Çin ABŞ-ın raket sınağından narahatdır

“ABŞ-ın bu hərəkətləri yenidən sürətlə silahlanmaya və hərbi qarşıdurmanın inkişafına gətirib çıxaracaq, həmçinin regional və beynəlxalq təhlükəsizliyin strukturuna ciddi neqativ təsir göstərəcək”.Bu bəyanatla Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan ABŞ-ın “Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında” müqavilə çərçivəsində qadağan edilmiş raketi sınaqdan keçirməsini şərh edərkən deyib.

Qeyd edək ki, Çin rəsmisinin bəyanatından bir müddət öncə rəsmi Pentaqon sınaq raketinin 500 kilometrdən çox uçuşdan sonra hədəfi dəqiq vurduğunu bəyan edib.
Pentaqonun məlumatında qeyd edilib ki, raketin buraxılışı bazar günü Kaliforniya ştatındakı San-Nikolas adasından həyata keçirilib. Rəsmi şəxslər bildiriblər ki, raket nüvə başlıqlı deyil, adi daşımalar üçün nəzərdə tutulub.

Xatırladaq ki, ABŞ yerüstü yaxınmənzilli raketlərin işlənib hazırlanmasına məhdudiyyəti nəzərdə tutan tarixi sazişdən çıxıb. Bu, Rusiyanın özünün “SSC-8” tipli nüvə raketini inkişaf etdirməklə sazişi pozmasının təsdiqlənməsindən sonra baş verib.

 

Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

 

21 2019 10:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə