Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

D.Tramp N.Modi ilə Kəşmir problemini müzakirə edib

D.Tramp N.Modi ilə Kəşmir problemini müzakirə edib

ABŞ Prezidenti Donald Tramp dünən Hindistanın baş naziri Narendra Modiyə zəng edərək Hindistan ilə Pakistan arasında yaranmış gərginlikdən narahatlığını dilə gətirib və Hindistan liderini gərginliyin azalması üçün səylərini əsirgəməməyə çağırıb. Bu barədə Ağ evin rəsmisinə istinadən “Anadolu” ­agentliyi məlumat yayıb. 

Ağ evin açıqlamasında, həmçinin qeyd olunur ki, Prezident D.Tramp regionda sülhün qorunmasının vacib olduğunu bildirib. Xatırladaq ki, ABŞ lideri ötən həftə Pakistanın baş naziri İmran Xan ilə də telefonla Kəşmir problemini müzakirə etmişdi. 
Son günlər əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi mübahisəli Cammu və Kəşmir ştatlarında vəziyyətin kəskin pisləşdiyi barədə narahat məlumatlar yayılır. 
Bir neçə gün əvvəl Pakistanın Baş naziri İmran Xan öz “Twitter” səhifəsində Cammu və Kəşmir ştatlarında müsəlmanların kütləvi qırğına məruz qala biləcəyi barədə dünya birliyinə xəbərdarlıq edib və bu məsələ ilə bağlı Hindistan hökumətini təcili təsir göstərməyə çağırıb. 
Qeyd edək ki, bu il avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit edilən, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Federal hökumətin təşəbbüsü ilə Cammu və Kəşmirin yerinə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib. Bundan sonra Pakistan ilə münasibətlər daha da gərginləşib.
Pakistan hökuməti Hindistanın bu addımına kəskin reaksiya verib, qonşu ölkə ilə diplomatik münasibətlərin gərginləşməsi fonunda dövlətlər arasında ikitərəfli ticarət əlaqələrini dayandırıb. Hər iki dövlətin rəsmiləri əvvəllər imzalanan bir sıra ikitərəfli sənədlərə yenidən baxmaq istədiklərini ifadə ediblər.

M.HACIXANLI, “Xalq qəzeti”

21 2019 10:30 -
31 Oktyabr 2019 | 16:59
Noyabr ayına olan hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə