Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirvanda 5 nömrəli tam orta məktəb üçün tikilən bina yeni dərs ilində istifadəyə veriləcək

Şirvanda 5 nömrəli tam orta məktəb üçün tikilən bina yeni dərs ilində istifadəyə veriləcək

Şirvanda 5 nömrəli şəhər tam orta məktəb üçün inşa olunan binanın tikintisi başa çatıb. İkimərtəbəli məktəb binası Təhsil Nazirliyinin sifarişi ilə inşa olunub.

432 şagird yerlik məktəb binasının tikintisinə ötən ilin sentyabr ayında başlanılıb. Artıq binanın daxilində işlər yekunlaşıb. Hazırda texniki avadanlıqlar quraşdırılır, məktəbin ərazisində abadlıq işləri görülür, yaşıllıqlar salınır. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək, burada 18 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter otaqları, yeməkxana, idman və akt zalları fəaliyyət göstərəcək.

Məktəb binasında şagirdlərin normal təhsil almaları üçün bütün lazımi şərait yaradılacaq. Təhsil ocağı 15 sentyabr - Bilik Günündə şagird və müəllimlərin istifadəsinə veriləcək.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

20 2019 17:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə