Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeddi ayda dəmir yolu ilə 1,9 milyon sərnişin daşınıb

Yeddi ayda dəmir yolu ilə 1,9 milyon sərnişin daşınıb

Cari ilin yanvar-iyul aylarında dəmir yolu nəqliyyatı ilə 1,9 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 26 faiz artım olub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 294 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 11,6 min ton, Qərb istiqaməti üzrə 4,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

20 2019 17:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə