Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeddi ayda 1,2 milyon tondan çox dizel yanacağı istehsal olunub

Yeddi ayda 1,2 milyon tondan çox dizel yanacağı istehsal olunub

Yanvar-iyul aylarında Azərbaycanda 1 milyon 249,4 min ton dizel yanacağı, 714,1 min ton avtomobil benzini, 170,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 350,8 min ton ağ neft, 63,3 min ton yanacaq mazutu, 12,4 min ton sürtkü yağları, 132,4 min ton neft bitumu və 144,4 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 7 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 840,2 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 1,4 faiz artıb.

Neft məhsullarından sürtkü yağlarının, neft bitumunun istehsalı azalıb. Avtomobil benzininin, ağ neftin, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə artıb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

20 2019 17:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə