Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur

Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən növbəti komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Naxçıvan Qarnizonu qoşunlarında üçpilləli, ikitərəfli keçirilən növbəti komanda-qərargah təlimi müxtəlif mərhələlərdə icra edilir.

Təlim çərçivəsində "Həyəcan" siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarə olunması praktiki  həyata keçirilir. Ərazidə əməliyyatların qərargahlar tərəfindən planlaşdırılmasından sonra qəbul edilmiş qərarlar Simulyasiya mərkəzində kompüterlər üzərində icra ediləcək.
Təlim avqustun 24-dək davam edəcək.

 

“Xalq qəzeti”

20 2019 15:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə